Skip to content
inkishaf.az
News

Sumqayıt Dövlət Universitetində “Riyazi metodların və informasiya texnologiyalarının təhsildə tətbiqi” mövzusunda Respublika Elmi konfransı keçiriləcək

Sumqayıt Dövlət Universitetində “Riyazi metodların və informasiya texnologiyalarının təhsildə tətbiqi” mövzusunda Respublika Elmi konfransı keçiriləcək

❗️DİQQƏT!

26–27 noyabr 2026-cı il tarixlərində Sumqayıt Dövlət Universitetində “Riyazi metodların və informasiya texnologiyalarının təhsildə tətbiqi” mövzusunda Respublika Elmi konfransı keçiriləcək

Konfrans çərçivəsində aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi və müzakirəsi nəzərdə tutulur:

1. Süni intellektin təhsil prosesinə inteqrasiyası: pedaqoji innovasiyalar, kurikulum, qiymətləndirmə və öyrənmə nəticələri

2. İnformasiya texnologiyaları və rəqəmsal təhsil

3. Riyaziyyat, informatika və STEAM təhsilinin müasir metodları

4. Təhsildə təbiət elmləri və riyaziyyatın inteqrasiyası

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis, rus

Konfransın formatı: əyani (regionlar üçün onlayn) Materiallar 05 noyabr 2026-cı il tarixinədək [email protected] elektron poçtuna qəbul olunur.

QR kodu oxudaraq konfrans materiallarının tərtibinə qoyulan tələblərlə tanış ola bilərsiniz.

Ətraflı: https://sdu.edu.az/xeberler/riyazi-metodlarin-ve-informasiya-texnologiyalarinin-tehsilde-tetbiqi-movzusunda-respublika-elmi-konfransi-kecirilecek-2

Category: Education 1 min read More by inkishaf.az →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.