Skip to content
inkishaf.az
News

“BilBacar” müsabiqəsi yenidən başlayır

Müsabiqə 2026/2027-ci tədris ilində III-IV sinif şagirdlərini əhatə edəcək. Bu il müsabiqənin məqsədi ibtidai sinif şagirdlərinin təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcr

“BilBacar” müsabiqəsi yenidən başlayır

Müsabiqə 2026/2027-ci tədris ilində III-IV sinif şagirdlərini əhatə edəcək. Bu il müsabiqənin məqsədi ibtidai sinif şagirdlərinin təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, onlara kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

"İnkishaf.az" "AzEdu.az"a istinadən xəbər verir ki, müsabiqə 2026-cı ilin noyabr ayından 2027-ci ilin may ayınadək virtual platforma üzərindən keçiriləcək. Yarış çərçivəsində şagirdlərə təxminən 40-60 sual təqdim olunacaq. Şagirdlərin yarış mərhələsinə hazırlaşmaları üçün platformada “Hazırlıq” bölməsi də fəaliyyət göstərəcək.

Şagirdlər topladıqları ballara əsasən altı liqa üzrə sıralanacaqlar. Birinci mərhələnin nəticələrinə əsasən “Qızıl”, “Kristal”, “Çempion” və “Usta” liqalarında yer alan şagirdlər 2027-ci ilin iyun ayının ilk yarısında keçiriləcək final mərhələsində iştirak edəcəklər. Final mərhələsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Category: Education 1 min read More by Röyalə Sovzaliyeva →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.