Skip to content
inkishaf.az
News

MİDA Bakı, Şirvan və Yevlaxda 1 000 -dən çox mənzili satışa çıxarır!

Views: 1
MİDA Bakı, Şirvan və Yevlaxda 1 000 -dən çox mənzili satışa çıxarır!

MİDA Bakı, Şirvan və Yevlaxda 1 000 -dən çox mənzili satışa çıxarır – QİYMƏTLƏR AÇIQLANDI

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış kompleksləri üzrə ümumilikdə 1 049 mənzilin güzəştli satışını elan edib.

inkishaf.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Mənzillərin satışı 16 dekabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və 13:00-dək davam edəcək.

Satışa çıxarılacaq mənzillər aşağıdakı yaşayış komplekslərini əhatə edir:

- Hövsan Yaşayış Kompleksi: 5 mənzil;

- Binəqədi Yaşayış Kompleksi: 839 mənzil;

- Şirvan Yaşayış Kompleksi: 201 mənzil;

- Yevlax Yaşayış Kompleksi: 4 mənzil.

Mənzillərin qiymətləri

Hövsan Yaşayış Kompleksi

- 4 otaqlı – 118 800 manat.

Binəqədi Yaşayış Kompleksi

- 3 otaqlı – 98 415 manatdan;

- 4 otaqlı – 133 650 manat;

- 5 otaqlı – 211 275 manat.

Şirvan Yaşayış Kompleksi

- 2 otaqlı – 54 815 manat;

- 3 otaqlı – 69 160 manatdan;

- 4 otaqlı – 93 765 manatdan.

Yevlax Yaşayış Kompleksi

- 1 otaqlı – 43 225 manat;

- 3 otaqlı – 70 490 manatdan;

- 4 otaqlı – 103 740 manat.

Ödəniş və müraciət qaydası

Hövsan və Binəqədi yaşayış komplekslərində mənzillərin əldə edilməsi yalnız şəxsi vəsait hesabına mümkündür. Şirvan və Yevlax yaşayış komplekslərində isə həm şəxsi vəsait, həm də ipoteka krediti vasitəsilə ödəniş nəzərdə tutulub.

İpoteka krediti ilə mənzil almaq istəyən şəxslərin elektron kabinetlərində ipoteka üzrə ilkin razılıq qərarı yerləşdirilməlidir.

Mənzilləri əldə etmək hüququ yalnız “Güzəştli mənzil” sistemində elektron kabineti olan vətəndaşlara şamil edilir. Mənzil seçimi zamanı qeydiyyat tarixi və sıra nömrəsindən asılı olmayaraq bütün elektron kabinet sahibləri bərabər hüquqa malikdirlər.

Qeyd edək ki, mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə birlikdə təqdim olunur. Göstərilən qiymətlərə ƏDV daxildir.

Ətraflı məlumat və mənzil seçimi qaydaları ilə "MİDA-nın rəsmi internet səhifəsində" (https://mida.gov.az/) tanış olmaq mümkündür.

Category: Country 2 min read More by inkishaf.az →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.

This site uses login, security and first-party visitor statistics cookies. No third-party advertising trackers are used. Privacy policy