Skip to content
inkishaf.az
News

Milli Məclisdə Azərbaycan-Özbəkistan Forumu keçiriləcək

Views: 9

Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək.

Milli Məclisdə Azərbaycan-Özbəkistan Forumu keçiriləcək

Noyabrın 25-də Milli Məclisdə İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək.

"İnkishaf.az" "Modern.az"a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Forumda Azərbaycanla Özbəkistan arasında dostluq və müttəfiqlik münasibətlərində parlamentlərin rolu, əməkdaşlığın istiqamətləri və gələcək perspektivləri müzakirə olunacaq.

Tədbirdə Milli Məclislə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2027–2028-ci illər üçün “Yol xəritəsi”nin imzalanması nəzərdə tutulur.

Forum çərçivəsində iki ölkənin parlamentlərarası əməkdaşlıq komissiyasının ilk iclası da keçiriləcək.

Category: Country 1 min read More by Röyalə Sovzaliyeva →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.

This site uses login, security and first-party visitor statistics cookies. No third-party advertising trackers are used. Privacy policy