Skip to content
inkishaf.az
News

Azərbaycanlı arxeoloq beynəlxalq fotomüsabiqənin qalibi olub

Views: 3

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Lola Hüseynovanın Ağstafa rayonunda yerləşən Tavatəpə arxeoloji abidəsini əks etdirən fotoşəkli Avropa Arxeoloqlar Assosiasiyasının 2026-cı ildə təşkil etdiyi “Həyatda bir gün” mövzusunda beynəlxalq fotomüsabiqənin qalibi seçilib.

Bu barədə "İnkishaf.az" AZƏRTAC-a istinadən məlumat verir. Lola Hüseynova fotoşəkillə yanaşı, müsabiqəyə arxeoloqun bir gün ərzində müxtəlif tarixi dövrləri sanki eyni anda yaşamasından, keçmişlə müasir zaman arasında qurduğu əlaqədən bəhs edən mətn də təqdim edib. Müsabiqəyə təqdim olunan çoxsaylı fotoşəkillər arasından seçilən bu foto Azərbaycanın qədim arxeoloji irsini, Tavatəpə abidəsinin özünəməxsus memarlıq xüsusiyyətlərini və onun təbii landşaftını əks etdirir. Müsabiqənin nəticələrinə əsasən, Lola Hüseynova diplomla təltif edilib və Avropa Arxeoloqlar Assosiasiyasının 2027-ci il üzrə ödənişsiz üzvlük hüququnu qazanıb. Tavatəpə abidəsini əks etdirən fotoşəkil 2027-ci ildə Avropa Arxeoloqlar Assosiasiyasının rəsmi nəşri olan “The European Archaeologist”in (TEA) buraxılışlarından birinin üz qabığında abidə haqqında məlumatla birlikdə yayımlanacaq.

Bu uğur Azərbaycanın arxeoloji irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Category: Country 1 min read More by Röyalə Sovzaliyeva →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.

This site uses login, security and first-party visitor statistics cookies. No third-party advertising trackers are used. Privacy policy