Skip to content
inkishaf.az
News

Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”

Views: 6

Bakı Gənclər Mərkəzində “Kəlağayı bayramı” adlı tədbir keçirilib.

Milli ruhun ipək simvolu: Bakıda “Kəlağayı bayramı”

Bakı Gənclər Mərkəzində “Kəlağayı bayramı” adlı tədbir keçirilib.

"İnkishaf.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı bu bayramın əhəmiyyətindən danışaraq milli-mədəni irsimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva kəlağayının xalqımızın ən zərif və dəyərli mədəni irs nümunələrindən biri olduğunu bildirib: “Kəlağayı təkcə milli geyim elementi deyil, həm də zəngin tariximizin və adət-ənənələrimizin rəmzidir. Bu tədbiri keçirməkdə əsas məqsədimiz qədim irsimizi gənc nəslə tanıtmaq, onlarda milli dəyərlərə bağlılığı daha da gücləndirməkdir. Çünki öz köklərini və tarixini tanıyan gənclər gələcəyimizin təminatıdır”.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov isə çıxışında gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin önəminə toxunub.

Tədbir bədii hissə ilə davam edib. Tədbirdə, həmçinin kəlağayıya həsr olunmuş şeirlər və aşıq havaları səsləndirilib.

Category: Country 1 min read More by Röyalə Sovzaliyeva →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.

This site uses login, security and first-party visitor statistics cookies. No third-party advertising trackers are used. Privacy policy