Skip to content
inkishaf.az
News

“Süni İntellekt və Rəqəmsal Bacarıqlar Akademiyası” layihəsinə start verilir! 🚀

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə “Süni İntellekt və Rəqəmsal Bacarıqlar Akademiyası”layihəsi həyata keçiriləcək.

Layihənin əsas məqsədi gənclərin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində bilik və bacarıqlarının artırılması, müasir texnoloji yeniliklərlə tanış olmalarının təmin edilməsi, eləcə də rəqəmsal alətlərdən gündəlik həyatda, təhsildə və peşəkar fəaliyyətlərində səmərəli istifadə imkanlarının genişləndirilməsidir.

Layihə çərçivəsində siz:

• Süni intellektin əsas anlayışları və müasir dövrdə tətbiq sahələri;

• Rəqəmsal savadlılıq və müasir texnologiyalardan səmərəli istifadə;

• Süni intellekt alətləri ilə işləmə və gündəlik tapşırıqların optimallaşdırılması;

• Süni intellekt vasitəsilə məzmun yaradılması, məlumatların təhlili və innovativ həllərin hazırlanması;

• Rəqəmsal təhlükəsizlik, məlumatların qorunması və süni intellektdən etik istifadə;

• Gələcəyin peşələri və rəqəmsal bacarıqların karyera inkişafında rolu mövzularında təlimlərdə iştirak edəcəksiniz.

Kimlər müraciət edə bilər?

• 16–29 yaş arası gənclər;

• Süni intellekt və rəqəmsal texnologiyalara marağı olanlar;

•Rəqəmsal bacarıqlarını inkişaf etdirmək istəyənlər;

• Yeni texnologiyaları öyrənməyə və praktiki biliklər qazanmağa həvəsli olanlar.

📌 Qeydiyyat linki: https://forms.gle/2Ao9WsRh8fWq2AbKA

🗓️ Son qeydiyyat tarixi: 10.11.2026

#AzGF #GənclərFondu #AKT #ASANKönüllüləri #ASANVolunteers

Category: Education 1 min read More by Rüstəmova Tamella →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.