Skip to content
inkishaf.az
News

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqlayıb

Views: 5

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçirəcək.

"İnkishaf.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək. İmtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər.

Category: Education 1 min read More by Röyalə Sovzaliyeva →
Share

Similar posts

0 comments

No comments yet. Be the first to share your thoughts.

Log in to join the conversation.

Everyone can read the comments. To write one you need a free account.

This site uses login, security and first-party visitor statistics cookies. No third-party advertising trackers are used. Privacy policy