Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
- Author: Röyalə Sovzaliyeva
- Published: 10 November 2026
- Views: 3 views
- Comments: 0 comments
Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.
"İnkishaf.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Ali Sevim abidə önünə gül çələngi qoyub.
Anım mərasimində dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra tədbir çıxışlarla davam edib.
Qeyd edək ki, bu gün Atatürkün vəfatından 88 il ötür.
Similar posts
Copying this content is restricted
0 comments
No comments yet. Be the first to share your thoughts.
Log in to join the conversation.
Everyone can read the comments. To write one you need a free account.