"Zəfər mənim üçün…” sosial media kampaniyası
Elm və Təhsil Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər mənim üçün…” sosial media kampaniyasına start verir.
- Müəllif: Rüstəmova Tamella
- Dərc olunub: 5 noyabr 2026
- Şərhlər: 0 şərh
🇦🇿 “Zəfər mənim üçün…” sosial media kampaniyasına start verilir!
Elm və Təhsil Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər mənim üçün…” sosial media kampaniyasına start verir.
🎯 Kampaniyanın məqsədi tarixi Zəfərimizin hər birimiz üçün daşıdığı mənanı, yaşatdığı qürur və fəxarət hissini, qalib ölkənin vətəndaşlarının düşüncə və arzularını əks etdirməkdir.
📹 Kampaniyaya qoşulmaq istəyən şagirdlər, tələbələr, müəllimlər, valideynlər və təhsil ictimaiyyətinin digər nümayəndələri maksimum 15 saniyəlik video hazırlayaraq “Zəfər mənim üçün…” cümləsini öz fikirləri ilə tamamlaya və videonu #ZəfərGünü və #ZəfərMənimÜçün həştəqləri ilə sosial media hesablarında paylaşa bilərlər.
📅 Kampaniyanın müddəti: 6–8 noyabr 2026-cı il
🤝 Elm və Təhsil Nazirliyi hər kəsi bu təşəbbüsə qoşulmağa və Zəfər sevincini bölüşməyə dəvət edir!
#Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr
Oxşar postlar
Bu məzmunun kopyalanması məhdudlaşdırılıb
0 şərh
Hələ şərh yoxdur. Fikrinizi ilk bölüşən siz olun.
Müzakirəyə qoşulmaq üçün daxil olun.
Şərhləri hamı oxuya bilər. Şərh yazmaq üçün pulsuz hesab lazımdır.