Məzmuna keç
inkishaf.az
Xəbərlər

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

Baxış: 4

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxana: Geomaqnit qasırğası gözlənilir

"İnkishaf.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı nisbətən artaraq, C və M sinif alışmalar qeydə alınıb. Günəş səthində ləkələrin sayı artaraq 6 qrupda 83-ə çatıb. Həmçinin tac dəlikləri müşahidə olunub.

Günəş küləyinin sürəti saatda 814 kilometrədək yüksəlib. Geomaqnit sahəsinin intensivliyi isə əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. Noyabrın 7-də G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb. Hazırda kosmik hava sakitdir.

Noyabrın 16-dan 23-dək C sinifli Günəş alışmalarının başvermə ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 25 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faizdir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin artacağı, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə noyabrın 17-18-də yüksələcəyi, sonradan normallaşacağı proqnozlaşdırılır.

Həmçinin noyabrın 14-də qeydə alınmış tac kütlə atılmaları və tac dəliklərinin təsiri ilə noyabrın 17-18-də G1 səviyyəli zəif geomaqnit qasırğasının baş verməsi gözlənilir.

Kateqoriya: Ölkə 1 dəq oxu Röyalə Sovzaliyeva müəllifinin digər yazıları →
Paylaş

Oxşar postlar

0 şərh

Hələ şərh yoxdur. Fikrinizi ilk bölüşən siz olun.

Müzakirəyə qoşulmaq üçün daxil olun.

Şərhləri hamı oxuya bilər. Şərh yazmaq üçün pulsuz hesab lazımdır.

Sayt giriş, təhlükəsizlik və daxili ziyarət statistikasının kukilərindən istifadə edir. Üçüncü tərəf reklam izləyiciləri istifadə edilmir. Məxfilik siyasəti