Məzmuna keç
inkishaf.az
Xəbərlər

"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub

Baxış: 2

Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub.

"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub

Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub.

"İnkishaf.az" "Report.az"a istinadən xənər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.

Bildirilib ki, bu tarixi səfəri "Aframax" tipli "Xankəndi" tankeri həyata keçirib.

Oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxan gəmi 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Gilonq limanına yan alıb. Burada yük təhlükəsiz şəkildə tankerdən boşaldılıb.

Dəniz təhlükəsizliyi və ekoloji nəzarət baxımından ciddi prosedurların tətbiq olunduğu Avstraliya limanında "Xankəndi" bütün tələblərə cavab verib. Belə ki, limanda olduğu müddətdə tanker yerli ekoloji nəzarətdən və ABS təsnifat cəmiyyətinin illik müayinəsindən uğurla keçib. Eyni zamanda, burada gəmidə heyət dəyişikliyi aparılıb, yanacaq təchizatı həyata keçirilib, təhlükəsizlik, radio və GMDSS sistemlərinə illik texniki xidmət göstərilib.

Gəmi 2024-cü ildə ASCO və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) paritet əsaslarla yaratdığı "SA Maritime AFEZCO" Birgə Müəssisəsi tərəfindən alınıb və elə həmin ilin avqustunda Türkiyənin Aliağa limanında üçrəngli bayrağımızın qaldırılması ilə istismara qəbul edilib.

Tankerin dedveyti 115 521 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, maksimal sürəti isə 16 düyündür.

Kateqoriya: Ölkə 1 dəq oxu Röyalə Sovzaliyeva müəllifinin digər yazıları →
Paylaş

Oxşar postlar

0 şərh

Hələ şərh yoxdur. Fikrinizi ilk bölüşən siz olun.

Müzakirəyə qoşulmaq üçün daxil olun.

Şərhləri hamı oxuya bilər. Şərh yazmaq üçün pulsuz hesab lazımdır.

Sayt giriş, təhlükəsizlik və daxili ziyarət statistikasının kukilərindən istifadə edir. Üçüncü tərəf reklam izləyiciləri istifadə edilmir. Məxfilik siyasəti