"Qış nağılı" beynəlxalq turniri
Baxış: 4Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək.
- Müəllif: Röyalə Sovzaliyeva
- Dərc olunub: 16 noyabr 2026
- Şərhlər: 0 şərh
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək.
"İnkishaf.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.
Yarış dekabrın 4-6-da Milli Gimnastika Arenasında təşkil olunacaq.
Turnirdə gənc idmançılar məharətlərini nümayiş etdirərək zəriflik, çeviklik və bədii ifadə imkanlarını birləşdirən maraqlı nömrələrlə tamaşaçıların qarşısına çıxacaqlar.
"Qış nağılı" beynəlxalq yarışı xarici ölkələrin müvafiq federasiyalarının, klubların və yerli ictimaiyyətin iştirakı ilə gimnastların təcrübə mübadiləsi aparmasına, bacarıqlarını inkişaf etdirməsinə və beynəlxalq arenada özlərini göstərməsinə şərait yaradacaq.
Oxşar postlar
Bu məzmunun kopyalanması məhdudlaşdırılıb
0 şərh
Hələ şərh yoxdur. Fikrinizi ilk bölüşən siz olun.
Müzakirəyə qoşulmaq üçün daxil olun.
Şərhləri hamı oxuya bilər. Şərh yazmaq üçün pulsuz hesab lazımdır.