Перейти к содержимому
inkishaf.az
Новости

Bakıda növbəti bal yarmarkası başlayıb

Просмотры: 6

Bu gün Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına start verilib. Dekabrın 11-dək davam edəcək yarmarkada Azərbaycanın 52 rayonundan 270-ə yaxın fermerin 100 tondan çox məhsulu satışa təqdim olunacaq.

Bakıda növbəti bal yarmarkası başlayıb

Bu gün Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasına start verilib. Dekabrın 11-dək davam edəcək yarmarkada Azərbaycanın 52 rayonundan 270-ə yaxın fermerin 100 tondan çox məhsulu satışa təqdim olunacaq.

"İnkishaf.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məmmədəlizadə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən bal yarmarkasının açılışı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bal yarmarkalarında işğaldan azad edilmiş ərazilərdən olan fermerlərin iştirakı artıq ənənəyə çevrilib :" Keçən il işğaldan azad edilmiş ərazilərdən olan 15-ə yaxın arıçı fermer yarmarkada iştirak edərək, məhsullarını satışa təqdim edib. Bu il isə bu say daha da artıb. Təkcə Şərqi Zəngəzur iqtisadi rayonundan 17, ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdən 26 fermerin 10 tona yaxın məhsulu satışa təqdim edilib".

Elgün Məmmədəlizadə vurğulayıb ki, məhsullar satışa təqdim olunmamışdan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quraşdırılmış laboratoriyada yoxlanılıb. O, həmçinin diqqətə çatdırıb ki, hər hansı bir alıcının məhsulların keyfiyyəti ilə bağlı sualı, şübhəsi olarsa, onu yarmarkanın çıxışındakı səyyar laboratoriyada yoxlatdıra bilər.

Категория: Страна 1 мин чтения Ещё от автора Röyalə Sovzaliyeva →
Поделиться

Похожие публикации

0 комментариев

Комментариев пока нет. Станьте первым, кто поделится мнением.

Войдите, чтобы присоединиться к обсуждению.

Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.

Сайт использует cookie для входа, безопасности и собственной статистики посещений. Сторонние рекламные трекеры не используются. Политика конфиденциальности