Перейти к содержимому
inkishaf.az
Новости

“Regionun Gənc Turizm Səfirləri” layihəsi çərçivəsində aqroturizm və kənd turizmi mövzusunda ilk təlim keçirilib!

Просмотры: 1
“Regionun Gənc Turizm Səfirləri” layihəsi çərçivəsində aqroturizm və kənd turizmi mövzusunda ilk təlim keçirilib!

“Regionun Gənc Turizm Səfirləri” layihəsi çərçivəsində aqroturizm və kənd turizmi mövzusunda ilk təlim keçirilib!

Azərbaycan Respublikasının Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Regionun Gənc Turizm Səfirləri” layihəsi çərçivəsində iştirakçılar üçün “Aqroturizm və kənd turizmi: regionun turizm potensialı və inkişaf imkanları” mövzusunda təlim keçirilib.

Layihə rəhbəri Əlirza Abdullayev olan təşəbbüsün əsas məqsədi Yevlax rayonunda yaşayan gənclərin aqroturizm və kənd turizmi sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, regionun turizm potensialının araşdırılması və tanıdılması prosesində onların fəal iştirakını təmin etməkdir.

Təlim Samir Zamanov tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara aqroturizm və kənd turizminin mahiyyəti, bu istiqamətlərin regionların sosial-iqtisadi inkişafındakı rolu, kənd ərazilərində mövcud turizm resurslarının müəyyənləşdirilməsi və onların turizm məhsuluna çevrilməsi imkanları barədə ətraflı məlumat verilib.

Həmçinin kənd təsərrüfatı müəssisələrinin, yerli istehsal sahələrinin, atçılıq təsərrüfatlarının, milli mətbəx nümunələrinin, kənd həyat tərzinin və təbii istirahət məkanlarının turizm baxımından əhəmiyyəti diqqətə çatdırılıb. İştirakçılar Yevlax rayonunun mövcud potensialından istifadə etməklə yeni turizm imkanlarının yaradılması və yerli resursların daha geniş auditoriyaya tanıdılması istiqamətində fikir mübadiləsi aparıblar.

İnteraktiv formatda təşkil olunan təlim gənclərin mövzu ilə bağlı nəzəri biliklərinin artırılması, praktiki yanaşmaların mənimsənilməsi və gələcək fəaliyyətləri üçün yeni ideyaların formalaşdırılması baxımından əhəmiyyətli olub.

Qeyd edək ki, “Regionun Gənc Turizm Səfirləri” layihəsi çərçivəsində növbəti mərhələlərdə iştirakçıların Yevlax rayonunun kəndlərində turizm potensialının araşdırılması, turizm obyektləri ilə tanışlıq, foto və video materialların hazırlanması, rəqəmsal tanıtım məzmunlarının yaradılması və Yevlaxın aqroturizm xəritəsinin formalaşdırılması istiqamətində fəaliyyətləri nəzərdə tutulur.

Layihənin sonunda iştirakçıların “Gənc Turizm Səfiri” kimi formalaşması, regionun turizm imkanlarının tanıdılmasında fəal iştirak etməsi və gələcək məşğulluq imkanlarının genişləndirilməsi hədəflənir.

Категория: Молодёжь 2 мин чтения Ещё от автора inkishaf.az →
Поделиться

Похожие публикации

0 комментариев

Комментариев пока нет. Станьте первым, кто поделится мнением.

Войдите, чтобы присоединиться к обсуждению.

Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.

Сайт использует cookie для входа, безопасности и собственной статистики посещений. Сторонние рекламные трекеры не используются. Политика конфиденциальности