Skip to content
inkishaf.az
Vacancy Published 13 November 2026

ƏƏSMN-NİN TABELİYİNDƏ OLAN 7 QURUM ÜZRƏ VAKANSİYALAR ELAN EDİLDİ!

  • Company: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

📍 ƏƏSMN-NİN TABELİYİNDƏ OLAN 7 QURUM ÜZRƏ VAKANSİYALAR ELAN EDİLDİ!

❗️Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan 7 qurumda vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Vakansiya elan edilən qurumlar:

1. DOST Agentliyi

2. Sosial Xidmətlər Agentliyi

3. Dövlət Məşğulluq Agentliyi

4. Dövlət Sosial Müdafiə Fondu

5. Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi

6. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya

7. DOST Çağrı Mərkəzi 142

📅 Qeydiyyat tarixləri: 12–26 noyabr 2026-cı il.

📍 Vakansiyaların olduğu şəhər və rayonlar:

Xaçmaz, Bakı, Xırdalan, Şəmkir, Şəki, Lənkəran, Göygöl, Gəncə, Göyçay, Laçın, Kəlbəcər, Qusar, Yardımlı, Ağsu və Bərdə.

🎓 Tələb olunan ixtisaslar:

Vakansiyalar üzrə aşağıdakı istiqamətlərdə ali təhsil tələb olunur:

• Psixologiya, klinik psixologiya, psixiatriya;

• İdman, defektologiya, korreksiyaedici təlim;

• Terapiya və tibb ixtisasları;

• Riyaziyyat, statistika, tətbiqi riyaziyyat;

• Data analitika, data elmi və süni intellekt;

• İqtisadiyyat və idarəetmə;

• Maliyyə, mühasibat uçotu və audit;

• Hüquqşünaslıq və beynəlxalq hüquq;

• İnformasiya texnologiyaları;

• Sosial iş və sosiologiya;

• Dövlət və bələdiyyə idarəetməsi;

• Menecment və biznesin idarəedilməsi;

• Marketinq;

• Ekonometrika və aktuar hesablamalar;

• Təhsildə sosial-psixoloji xidmət;

• Pedaqogika və psixologiya.

MÜSABİQƏ İKİ MƏRHƏLƏDƏN İBARƏTDİR:

1. Test imtahanı

Ümumilikdə 50 qapalı test tapşırığı təqdim olunur:

• Qanunvericilik bilikləri – 25 sual;

• Məntiqi düşünmə – 15 sual;

• Ümumi dünyagörüşü – 10 sual.

⏱ İmtahan müddəti: 100 dəqiqə.

Hər düzgün cavab 1 balla, yanlış və ya cavablandırılmamış sual isə 0 balla qiymətləndirilir.

Test imtahanında uğurlu nəticə əldə etmək üçün 50 sualdan ən azı 35-ni düzgün cavablandırmaq (70%) tələb olunur.

2. Müsahibə mərhələsi

Bu mərhələdə namizədlərin bilik səviyyəsi, peşə bacarıqları və vakant vəzifənin tələblərinə uyğunluğu qiymətləndiriləcək. Müsahibələrdə keys, davranış və kompetensiya əsaslı qiymətləndirmə üsullarından istifadə oluna bilər.

📌 MÜRACİƏT QAYDASI:

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12–26 noyabr tarixlərində Nazirliyin ƏMAS sistemində yaradılmış «İşə qəbul» altsistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

❗️ Qeyd: Hər vakansiya üzrə tələb olunan təhsil və ixtisas şərtləri fərqlidir. Buna görə müraciət etməzdən əvvəl seçdiyiniz vəzifənin tələblərini diqqətlə yoxlayın.

📍Müraciət üçün keçid edin və Paylaşın

https://sosial.gov.az/storage/articles/1881647237935909.pdf

Paylaşımı uyğun namizədlərə göndərin və yeni vakansiyalardan xəbərdar olmaq üçün kanalımızı izləyin!

Details

Employment type
Full-time
Work format
On-site
Sector
Public sector
Share

Other vacancies

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Apply