Skip to content
inkishaf.az
International opportunities International education & programs Published 5 November 2026

“Youth International Digital Dialogue” Platforması

Berlində və ya Vyanada yaşayan, təhsil alan və ya çalışan azərbaycanlı gəncsən? Elə isə yerli alman və ya avstriyalı gənclə komanda quraraq beynəlxalq təşəbbüsə qoşul!

  • Deadline: 9 November 2026
 “Youth International Digital Dialogue” Platforması

🌍 “Youth International Digital Dialogue” Platformasına qeydiyyat başladı!

Berlində və ya Vyanada yaşayan, təhsil alan və ya çalışan azərbaycanlı gəncsən? Elə isə yerli alman və ya avstriyalı gənclə komanda quraraq beynəlxalq təşəbbüsə qoşul!

“Youth International Digital Dialogue” Platforması müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirərək generativ süni intellekt və rəqəmsal hekayəçilik vasitəsilə ortaq mədəni irsin yeni formatda təqdim edilməsini hədəfləyir.

ℹ️ Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) tərəfdaşlığı, Dünya Azərbaycanlı Gənclər Təşkilatının (WAY) təşkilatçılığı ilə həyata keçirilir.

👥 İştirak modeli: “1+1” komanda müraciəti

Layihədə iştirak yalnız iki nəfərdən ibarət komandalar şəklində mümkündür:

• 1 azərbaycanlı gənc (Berlində və ya Vyanada yaşayan, təhsil alan və ya çalışan);

• 1 yerli gənc (Almaniya və ya Avstriya vətəndaşı).

📅 Layihənin mərhələləri

1. I mərhələ – Noyabrın II həftəsi

3 gün ərzində generativ süni intellekt, Prompt Engineering, rəqəmsal hekayəçilik və video montajı mövzularında 6 onlayn ustad dərsi keçiriləcək.

2. II mərhələ – Noyabrın II–III həftələri

Seçilmiş 30 komanda mentorların dəstəyi ilə tarixi və mədəni mövzulara həsr olunmuş 1 dəqiqəlik süni intellekt əsaslı videoçarxlar hazırlayacaq.

3. III mərhələ – Noyabrın IV həftəsi

Berlin və Vyana şəhərlərində oflayn beynəlxalq konfranslar təşkil olunacaq. Konfranslar çərçivəsində hazırlanmış videoçarxlar nümayiş etdiriləcək, şəbəkələşmə imkanları yaradılacaq və qaliblər mükafatlandırılacaq.

İştirakçılara təqdim olunan imkanlar👇🏻

• Generativ süni intellekt alətləri ilə işləmək üzrə praktiki bacarıqlar;

• Beynəlxalq iştirakçı sertifikatı;

• Berlin və Vyanada keçiriləcək konfranslarda öz işini təqdim etmək imkanı;

• Fərqlənən komandalar üçün xüsusi mükafatlar.

⏰ Son müraciət tarixi: 9 noyabr, saat 23:00 (Bakı vaxtı ilə).

🔗 Qeydiyyat linki: https://shorturl.at/hlyvM

#GənclərFondu #NAYORA #ASAP #WAY #gənclərləgənclərüçün

Details

Format
In person
Share

Similar opportunities

ESC volunteering opportunity in YOZGAT, TÜRKİYE.
In person

Fully funded

ESC volunteering opportunity in YOZGAT, TÜRKİYE.

Volunteers will support youth activities, workshops, and intercultural learning, create social media content, take photos, and produce videos, join language clubs, sports events, and cultural activities.

15 days left Until 20 November

4 days left

Until 9 November

Apply