Məzmuna keç
inkishaf.az
Xəbərlər

"Zəfər nəsli" Gənclər Düşərgəs

8 noyabr - Zəfər günü münasibətilə Xankəndidə "Zəfər nəsli" gənclər düşərgəsi təşkil olunacaq.

"Zəfər nəsli" Gənclər Düşərgəs

*🏕️ "Zəfər nəsli" Gənclər Düşərgəsi - Qeydiyyat Başladı!*

8 noyabr - Zəfər günü münasibətilə Xankəndidə "Zəfər nəsli" gənclər düşərgəsi təşkil olunacaq.

Düşərgənin məqsədi Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini yaşatmaq, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin milli yaddaşda möhkəmləndirilməsi, gənc nəsildə vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik dəyərlərinin daha da gücləndirilməsi, eləcə də Qarabağın tarixi, mədəni irsi və müasir inkişafı barədə məlumatlılığın artırılmasıdır.

*📌 Qarabağda, Xankəndidə bir araya gələcək gənclər üç gün ərzində iştirakçıları nələr gözləyir?*

- Zəfər tariximizə həsr olunmuş maarifləndirici görüşlər və müzakirələr;

- Vətən müharibəsi və Qarabağın tarixi ilə bağlı interaktiv fəaliyyətlər;

- Liderlik və komanda quruculuğu sessiyaları;

- İdeya və təşəbbüslərin təqdimatı;

- Mədəni və sosial proqramlar;

- Qarabağın tarixi-mənəvi irsi ilə tanışlıq.

Qalib ölkənin qalib gəncləri, Zəfər bir tarixdir, onu yaşatmaq isə bir nəsil məsuliyyətidir!

🔗 Ətraflı məlumat və qeydiyyat üçün:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdWshyKPY8G5mnO6xDL2sSZZ-pcUBcMorYlL8pigm3SoBBHzg/viewform

Kateqoriya: Gənclər 1 dəq oxu Rüstəmova Tamella müəllifinin digər yazıları →
Paylaş

Oxşar postlar

0 şərh

Hələ şərh yoxdur. Fikrinizi ilk bölüşən siz olun.

Müzakirəyə qoşulmaq üçün daxil olun.

Şərhləri hamı oxuya bilər. Şərh yazmaq üçün pulsuz hesab lazımdır.