Məzmuna keç
inkishaf.az
Xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Baxış: 7

Noyabrın 27-si saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Noyabrın 27-si saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır. Namizədlər dekabrın 4-ü saat 17:00-dək https://miq.edu.az/ direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Bu barədə "İnkishaf.az" AZƏRTAC-a istinadən xəbər verir. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat namizədlərə “Şəxsi səhifə” üzərindən təqdim ediləcək.

Kateqoriya: Təhsil 1 dəq oxu Röyalə Sovzaliyeva müəllifinin digər yazıları →
Paylaş

Oxşar postlar

0 şərh

Hələ şərh yoxdur. Fikrinizi ilk bölüşən siz olun.

Müzakirəyə qoşulmaq üçün daxil olun.

Şərhləri hamı oxuya bilər. Şərh yazmaq üçün pulsuz hesab lazımdır.

Sayt giriş, təhlükəsizlik və daxili ziyarət statistikasının kukilərindən istifadə edir. Üçüncü tərəf reklam izləyiciləri istifadə edilmir. Məxfilik siyasəti