“Qarabağın daş yaddaşı” fotomüsabiqəsinin qalibləri müəyyənləşib
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Qarabağın daş yaddaşı” adlı fotomüsabiqə başa çatıb.
- Автор: Röyalə Sovzaliyeva
- Опубликовано: 6 ноября 2026
- Просмотры: 10 просмотров
- Комментарии: 0 комментариев
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Qarabağın daş yaddaşı” adlı fotomüsabiqə başa çatıb.
"İnkishaf.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, Zəfər Günü ərəfəsində yekunlaşan müsabiqə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, Qarabağın işğalı dövründə düşmən tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrimizə ictimai diqqətin artırılması məqsədilə təşkil olunub.
Təqdim olunan 75 foto “Fotoqrafika” jurnalının təsisçisi və redaktoru Rüfət Abas, “Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov və fotoqraf İlkin Yaqubovdan ibarət münsiflər heyəti tərəfindən müsabiqənin reqlamentində müəyyən edilmiş meyarlar əsasında dəyərləndirilib.
Fotolarda mövzuya uyğunluq, yaradıcılıq və orijinallıq, texniki keyfiyyət, kompozisiya, emosional təsir, eləcə də məzmun nəzərə alınıb.
Təşkilat komitəsi və münsiflər heyətinin birgə iştirakı ilə keçirilən iclasda qiymətləndirmənin nəticələrinə əsasən, qaliblər müəyyən edilib. Orxan Əzimov birinci, Araz Talıbov ikinci, Roman İsmayılov isə üçüncü yerə layiq görülüb.
Qaliblərə müsabiqənin diplomu və pul mükafatı, digər iştirakçılara isə sertifikat təqdim ediləcək.
Похожие публикации
Копирование этого материала ограничено
0 комментариев
Комментариев пока нет. Станьте первым, кто поделится мнением.
Войдите, чтобы присоединиться к обсуждению.
Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.