“İnsanyönümlü şəhərlər” hakatonu
Azərbaycan Respublikasının Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İnsanyönümlü şəhərlər” hakatonu təşkil olunacaq.
- Автор: Rüstəmova Tamella
- Опубликовано: 31 октября 2026
- Просмотры: 5 просмотров
- Комментарии: 0 комментариев
🚀 “İnsanyönümlü şəhərlər” hakatonu keçiriləcək!
Azərbaycan Respublikasının Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “İnsanyönümlü şəhərlər” hakatonu təşkil olunacaq.
Hakatonun əsas məqsədi gənclərin şəhər mühitinin inkişafına yönəlmiş innovativ ideyalarını üzə çıxarmaq, real şəhər problemlərinə süni intellekt əsaslı həllərin hazırlanmasını və perspektivli layihələrin startap kimi inkişafını təşviq etməkdir.
📌 Hakaton iki mərhələdən ibarət olacaq:
I mərhələ: 150 iştirakçının iştirakı ilə şəhər mühitinin inkişafına yönəlmiş innovativ ideyalar və layihələr təqdim olunacaq.
II mərhələ: Seçilmiş 10 finalçı komanda “Startup Demo Day” formatında təşkil olunacaq bu mərhələdə layihələrini təqdim edəcək və süni intellekt və texnologiya sahəsində ekspertlərin təcrübəsindən yararlanacaqlar.
Hakatonun yekununda ən perspektivli 3 layihə seçilərək qalib komandalar mükafatlandırılacaq.
💡 Gələcəyin şəhərlərinə öz ideyanla töhfə vermək istəyirsənsə, sən də qoşul!
Qeydiyyat linki:
https://forms.gle/Ecakm2MWMUgXSeZQ6
Qeydiyyat üçün son tarix: 08.11.2026
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Milli Süni İntellekt Mərkəzinin bu təşəbbüsü “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın prioritetlərinə uyğun olaraq, gənclərin innovativ potensialının inkişafına, süni intellekt sahəsində yeni ideya və həllərin hazırlanmasına, eləcə də ölkədə süni intellekt ekosisteminin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.
#GənclərFondu #MilliSüniİntellektMərkəzi #ŞəhərsalmaMemarlıqİli #gənclərləgənclərüçün
Похожие публикации
Копирование этого материала ограничено
0 комментариев
Комментариев пока нет. Станьте первым, кто поделится мнением.
Войдите, чтобы присоединиться к обсуждению.
Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.