Перейти к содержимому
inkishaf.az
Новости

ADA Universitetində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya

Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusuna həsr olunmuş sessiya keçirilib.

ADA Universitetində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya

Oktyabrın 28-də ADA Universitetində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusuna həsr olunmuş sessiya keçirilib.

"İnkishaf.az" "AzEdu.az"a istinadən xəbər verir ki, sessiyanın açılış hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir dövrdə qlobal problemlərin həlli cəmiyyətdə hansı tip insanın formalaşmasından çox asılıdır. Onun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün zəruri olan milli və bəşəri dəyərlər cəmiyyətə yalnız təhsil vasitəsilə aşılanır.

Nazir müavini müasir dövrdə qlobal problemlərin həllində təhsilin və yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşdırılmasının mühüm rol oynadığını vurğulayıb. O, texnoloji inkişafın, rəqəmsallaşmanın və süni intellektin insanların həyat və düşüncə tərzini dəyişdirdiyini, xüsusilə gənclər üçün yeni imkanlar yaratdığını qeyd edib.

Firudin Qurbanov süni intellektin müxtəlif mədəniyyətlərin tanınması, mədəniyyətlərarası ünsiyyətin inkişafı və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bu sahədə tədqiqatların aparılmasının, elm və təhsil yanaşmalarının inteqrasiyasının vacibliyini vurğulayıb.

Nazir müavini, həmçinin “Dialoq – elm – təhsil” vəhdətinin sülh təşəbbüslərinin real sosial layihələrə çevrilməsinə, cəmiyyətdə qarşılıqlı hörmətin və davamlı etimadın möhkəmləndirilməsinə töhfə verdiyini bildirib.

Категория: Образование 1 мин чтения Ещё от автора Röyalə Sovzaliyeva →
Поделиться

Похожие публикации

0 комментариев

Комментариев пока нет. Станьте первым, кто поделится мнением.

Войдите, чтобы присоединиться к обсуждению.

Комментарии может читать любой. Чтобы написать, нужен бесплатный аккаунт.