“Peşə təmayüllü siniflər” layihəsi “Qrup rəhbəri” vəzifəsi müsahibə yolu ilə işəqəbul elan edir!
- Şirkət: Peşə Təmayüllü Siniflər
- Son tarix: 13 noyabr 2026
“Peşə təmayüllü siniflər” layihəsi “Qrup rəhbəri” vəzifəsi müsahibə yolu ilə işəqəbul elan edir!
Namizədə tələblər:
Ali təhsil;
Minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Ofis proqramları və Google Drive alətləri ilə işləmək bacarığı;
Layihələrin idarə olunması sahəsində təcrübə;
Güclü ünsiyyət və kollektivlə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;
Sinif kollektivi ilə sistemli işin təşkili;
Layihə dərslərini tədris edən müəllimlərin fəaliyyətinin idarə olunması, onlara pedaqoji və müvafiq dəstəyin göstərilməsi;
Şagirdlərə peşəyönümü və karyera seçimi istiqamətində dəstək göstərilməsi;
Əsas səriştələr fənninin tədris edilməsi;
Tədris prosesinin təşkil olunması;
Hesabatların hazırlanması;
Layihə əməkdaşları tərəfindən verilən tapşırıqların vaxtında və tam şəkildə yerinə yetirilməsi.
Önəmli qeyd: Bir namizəd yalnız bir ümumi təhsil müəssisəsinə müraciət edə bilər. Bir neçə dəfə qeydiyyatdan keçən namizədlərin yalnız birinci müraciəti nəzərə alınacaq.
Qeyd olunan tələblərə uyğun olan və müraciət formasını düzgün tamamlayan namizədlər müsahibə mərhələsinə dəvət alacaqlar.
Müraciət etmək üçün aşağıda qeyd olunan keçidə daxil olaraq, yaşadığınız bölgəyə yaxın məktəbi seçməklə anketi doldurmaq lazımdır
Son müraciət tarixi: 13 noyabr, 2026-cı il.
Ətraflı
- Məşğulluq növü
- Yarımştat
- İş formatı
- Ofisdə
- Sektor
- Dövlət Sektoru
Digər vakansiyalar
Peşə Təmayüllü Siniflər
Sumqayıt Dövlət Universiteti · Sumqayıt
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi · Şamaxı
Peşə Təmayüllü Siniflər
13 noyabr tarixinədək