Məzmuna keç
inkishaf.az
Vakansiya Dərc tarixi: 27 oktyabr 2026

Şamaxı Ailə Mərkəzində baş mühasib, psixoloq və sosial iş üzrə mütəxəssis vəzifələri üzrə işə qəbul vakansiyası

  • Şirkət: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
  • Məkan: Şamaxı
  • Son tarix: 30 noyabr 2026

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində fəaliyyət göstərən Şamaxı Ailə Mərkəzində baş mühasib, psixoloq və sosial iş üzrə mütəxəssis vəzifələri üzrə işə qəbul müsabiqəsi elan edilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsi məlumatlarını əks etdirən anketi (CV) 30 noyabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Baş mühasib vəzifəsi üçün müvafiq sahə üzrə ali təhsil və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə Peşəkar Mühasib Sertifikatı (PMS) tələb olunur.

Müraciət zamanı elektron məktubun mövzu hissəsində rayonun adı və müraciət edilən vəzifə mütləq qeyd olunmalıdır. CV azərbaycan dilində tərtib edilməlidir.

Yalnız vakansiyalar üzrə müəyyən edilmiş tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə: Ailə məsələləri şöbəsinin Mərkəzlərlə iş sektoru (+994 12) 493-79-62

Ətraflı

Məşğulluq növü
Tam ştat
İş formatı
Ofisdə
Sektor
Dövlət Sektoru
Paylaş

Digər vakansiyalar

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

30 noyabr tarixinədək

E-poçtla müraciət et