“Ekoloji jurnalistika” təlim proqramına müraciətlərin qəbulunu elan edir.
Avropa Şurası 28–29 noyabr 2026-cı il tarixlərində Azərbaycanın Şabran şəhərində keçiriləcək “Ekoloji jurnalistika” təlim proqramına müraciətlərin qəbulunu elan edir.
- Son tarix: 25 oktyabr 2026
- Ölkə: Azərbaycan
- Maliyyələşdirmə: İştirak pulsuzdur
📣 Jurnalistika tələbələrinin nəzərinə!
Avropa Şurası 28–29 noyabr 2026-cı il tarixlərində Azərbaycanın Şabran şəhərində keçiriləcək “Ekoloji jurnalistika” təlim proqramına müraciətlərin qəbulunu elan edir.
Təlimin məqsədi iştirakçılara ekoloji jurnalistika sahəsində fundamental bilik və praktiki bacarıqlar qazandırmaq, həmçinin onların ətraf mühit və iqlim dəyişikliyi məsələlərini peşəkar, dəqiq və məsuliyyətli şəkildə işıqlandırmaq bacarıqlarını gücləndirməkdir. Proqram çərçivəsində ekoloji jurnalistikanın əsas prinsipləri, əsas terminologiya, iqlim dəyişikliyi, başlıca ekoloji problemlər, beynəlxalq iqlim danışıqları, Dayanıqlı İnkişaf Məqsədləri (DİM), məlumatlara əsaslanan jurnalistika və xəbər yazımı üzrə praktiki məşğələlər əhatə olunacaq.
📅 Müraciət üçün son tarix: 25 oktyabr 2026-cı il
Müraciətlər jurnalistika, media və ya kommunikasiya ixtisasları üzrə təhsil alan bakalavr pilləsinin III və IV kurs tələbələrindən, eləcə də yeni məzunlardan qəbul olunur.
Seçilmiş iştirakçıların təlim müddətində bütün yol və yaşayış xərcləri Avropa Şurası tərəfindən qarşılanacaq.
Ətraflı
- Tarixlər
- 28 noy 2026 – 29 noy 2026
- Format
- Əyani
- Məkan
- Şabran
- Təşkilatçı
- Avropa Şurası
Oxşar imkanlar
İştirak pulsuzdur
ESC üzrə onlayn info sessiya
Resource HUB tərəfindən 17 oktyabr tarixində Avropa Həmrəylik Korpusu (ESC) haqqında onlayn info sessiya keçiriləcək.
Tam maliyyələşdirilir
ESC opportunity in Gaziantep, Turkiye
ESC opportunity in Gaziantep, Turkiye
9 gün qalıb
25 oktyabr tarixinədək