Məzmuna keç
inkishaf.az
Seminar

Qadın Sahibkarlığı və Regional İnnovasiya

Regionlarda qadın sahibkarlığının inkişafı, innovasiya və texnologiya vasitəsilə yeni imkanların yaradılması üçün bir araya gəlirik!

  • Tarix: 27 oktyabr 2026, çərşənbə axşamı
  • Vaxt: 15:00
  • Məkan: Əyani
Qadın Sahibkarlığı və Regional İnnovasiya

📢 Qadın Sahibkarlığı və Regional İnnovasiya: Yerli Potensialdan Qlobal İmkanlara adlı dialoqa DƏVƏT

🌍 Regionlarda qadın sahibkarlığının inkişafı, innovasiya və texnologiya vasitəsilə yeni imkanların yaradılması üçün bir araya gəlirik!

📅 27 oktyabr 2026-cı il | Saat 15:00

Resource HUB və Holberton School-un birgə təşkilatçılığı ilə “Qadın sahibkarlığı və regional innovasiya” mövzusunda dialoq və təqdimat sessiyası keçiriləcək.

Tədbirin əsas məqsədi regionlarda qadın sahibkarlığının inkişafını dəstəkləmək, innovativ texnologiyalara çıxışı genişləndirmək və dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlığı gücləndirməkdir.

🔹 Dialoq və əməkdaşlıq: Qadınların iqtisadi səlahiyyətləndirilməsi, regional innovasiya və dövlət-özəl sektor tərəfdaşlığının yaratdığı imkanlar müzakirə olunacaq.

🔹 Regiondan olan Qadın icmalarının hekayələrini eşidəcəksiz.

🔹 Texnologiya və real həllər: Holberton School-un məzun komandaları qadın icmalarının real ehtiyaclarına uyğun hazırladıqları veb-saytları və rəqəmsal həlləri təqdim edəcəklər.

💡 İnanırıq ki, qadın sahibkarlığının inkişafı üçün bilik, texnologiya və tərəfdaşlıqların birləşdirilməsi regional iqtisadi imkanların genişlənməsinə və yerli təşəbbüslərin daha böyük bazarlara çıxışına mühüm töhfə verə bilər.

Yerli potensialı innovasiya və tərəfdaşlıq vasitəsilə qlobal imkanlarla birləşdirək!

🤝 Bu dialoqun bir hissəsi olmağa dəvət edirik!

Paylaş

Digər tədbirlər

27 oktyabr, 15:00

Qadın Sahibkarlığı və Regional İnnovasiya

Müraciət et