“Məişət zorakılığına məruz qalan qadınlarla işləyən gənc hüquqşünas və sosial işçilərin peşəkar bacarıqlarının inkişafına yönəlmiş” Liderlik Proqramı
2 aylıq layihənin məqsədi gənc hüquqşünas və sosial işçiləri bir araya gətirməklə insan hüquqları təhsili vasitəsi ilə məişət zorakılığı hallarını təhlil etmək, araşdırmaq və qarşısını almaqdır.
- Tarix: 20 oktyabr – 28 oktyabr 2026
- Vaxt: 00:00
- Məkan: Əyani
“Məişət zorakılığına məruz qalan qadınlarla işləyən gənc hüquqşünas və sosial işçilərin peşəkar bacarıqlarının inkişafına yönəlmiş” Liderlik Proqramı üçün qeydiyyat açıq elan edir! 🥳🥳
2 aylıq layihənin məqsədi gənc hüquqşünas və sosial işçiləri bir araya gətirməklə insan hüquqları təhsili vasitəsi ilə məişət zorakılığı hallarını təhlil etmək, araşdırmaq və qarşısını almaqdır.
2 günlük təlim müddətində 20 nəfər iştirakçının iştirakı ilə gender bərabərliyi, məişət zorakılığı, məişət zorakılığına məruz qalan qadınlarla işləmək üçün lazım olan bilik və bacarıqlar mövzularında interaktiv müzakirələr və praktiki sessiyalar keçiriləcək.
Qeyd edək ki, bu layihə dörd mərhələdən ibarət uzunmüddətli multidisiplinar təlim kursudur. Qeydiyyat və müsahibə mərhələsindən uğurla keçən iştirakçılar təlimlərdə iştirak edəcək, daha sonra isə kursun davamlılığı üçün fəaliyyətlər həyata keçirəcəklər. Uğurlu davamlılıq fəaliyyəti göstərən iştirakçılar layihənin yekun mərhələsi olan panel müzakirəsində öz fəaliyyətlərini, qarşılaşdıqları çətinlikləri və qazandıqları imkanları digər maraqlı tərəflərlə bölüşəcəklər.
📍 Məkan: Bakı şəhəri, Globus Center
🗓 Təlim tarixi: 31 oktyabr - 1 noyabr, 2026
📌 Qeydiyyat üçün son tarix: 28 oktyabr
🔹 İştirak etmək üçün bio’dakı müraciət formunu doldurmaq zəruridir.
Digər tədbirlər
Təlim · Əyani
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 9-cu dalğa
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 9-cu dalğa
20 oktyabr, 00:00
“Məişət zorakılığına məruz qalan qadınlarla işləyən gənc hüquqşünas və sosial işçilərin peşəkar bacarıqlarının inkişafına yönəlmiş” Liderlik Proqramı