Bəs məlumatı daha yaxşı yadda saxlamaq üçün nələri etməliyik?
Öyrəndiklərinizi danışın
Bir mövzu ilə bağlı məruzəni dinləmək çox öyrədici metod olmasa da, onu söyləyən şəxs üçün olduqca faydalıdır.
Məqalə yazın
Öyrəndiyimiz mövzuyla bağlı yazılar yazmaq, qeydlər etmək, anladığınızı yazıya tökmək də xüsusi səmərə verəcək.
Müzakirə aparın
Hər hansı bir mövzu haqqında ətrafınızdakılarla müzakirə aparmaq, həmin mövzunun mənimsənilməsinə, daha yaxşı yadda saxlanılmağa kömək edəcək.
Öyrəndiklərinizi real həyatda tətbiq edin
Bir mövzunu mənimsəməyin ən yaxşı yolu, onu real həyatda tətbiq etməkdir.
Məsələn, hər hansı bir riyazi əməli, (məsələn, toplama-çıxma əməlini) gündəlik həyata tətbiq edərək daha yaxşı öyrənə bilərik./AzEdu.az /