Bu kursun məqsədi şagirdlərə vaxtın düzgün idarəolunması üçün müxtəlif alət və üsullar təqdim edərək, onların daha produktiv gün (ay, il) keçirmələrinə yardımçı olmaqdır.

Müasir dünyada bir insana qoyulan başlıca tələblərin onları daim inkişaf etdirmək istiqamətində olmasını nəzərə alaraq, vaxtın idarəolunması kursunun hər kəs üçün əhəmiyyətli olduğunu söyləyə bilərik. Gün, ay və ya ildən asılı olmayaraq produktivliyin artırılması, şəxsin həm peşəkar inkişafına, həm də işinə, maraqlarına və sağlamlığına zaman ayırması üçün vaxtın doğru idarə olunması barədə müxtəlif alətlər vardır. Kurs müddətində həmin alətlərlə tanış olacaqsınız.

Kursda əhatə olunan mövzular:
•    Vaxtdan səmərəli istifadənin faydaları
•    Müxtəlif üsullardan istifadə
•    Eyzenhauer matrisası nədir?